Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini nəzərdə tutan qanun qüvvəyə minib.
Cia.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya kraliçası II Yelizaveta qanun layihəsini təsdiqləyib. Kraliçanın qərarından sonra baş nazir Tereza Mey Aİ-dən çıxmağı nəzərdə tutan Lissabon müqaviləsinin 50-ci maddəsini işə sala bilər.
Hələlik hökumət "Brexit" prosedurasının işə salınma tarixi və detalları barədə məlumat vermir. Yerli KİV bildirir ki, baş nazir Hollandiyadakı seçkilərin yekun nəticələrini və bu həftə sonu Şotlandiya Milli Partiyasının konfransının nəticələrini gözləyəcək. “Brexit”in martın 27-də işə salınacağı güman edilir.
London ilə Brüssel arasında danışıqlar 2 il davam edəcək. Bu isə o deməkdir ki, Böyük Britaniya Aİ-dən 2019-cu ilin yazında çıxa biləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.