banner
banner

İdman

Taekvando millimiz İslamiadaya bu heyətlə gedir – siyahı

Taekvando millimiz İslamiadaya bu heyətlə gedir –

Azərbaycan Taekvando Federasiyası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında ölkəmizi təmsil edəcək milli komandanın heyətini müəyyənləşdirib.

Cia.az Azərbaycan Taekvando Federasiyasının saytına istinadən xəbər verir ki, yığmamız bu Oyunlarda 8 kişi və 4 qadın taekvandoçu olmaqla, ümumilikdə, 12 idmançı ilə təmsil olunacaq. 
Kişilərin yarışında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) mübarizə aparacaq.

Qadınların yarışında isə ölkəmizi Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.

Qeyd edək ki, “Bakı-2017”də taekvando yarışları mayın 16-18-də Bakı İdman Sarayında təşkil olunacaq.

Xatırladaq ki, taekvando üzrə yığmamız IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı son beynəlxalq yarış olan aprelin 27-dən 30-dək Yunanıstanda keçirilmiş “Prezident kuboku” turnirində səkkiz medal qazanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.