banner
banner

Dünya

İsraildə ərəb dilinin dövlət dili statusu ləğv edilə bilər

İsraildə ərəb dilinin dövlət dili statusu ləğv edilə bilər

İsrail hökumətinin Qanunvericilik məsələləri üzrə komitəsi dövlətin milli xarakteri ilə bağlı qanun layihəsini yekdilliklə təsdiq edib. Cia.az APA-ya istinadən xəbər verir ki, sənədə əsasən ivrit dili vahid dövlət dili statusunda tanınacaq. Ərəb dili isə yalnız xüsusi statusda olacaq.

Qanun layihəsində Qüdsün İsrailin paytaxtı kimi təsdiq edilməsi də təklif edilir. “Likud” Partiyasının təklifinə əsasən, sənəddə qeyd edilib ki, İsrail dövləti dinindən, irqindən və milliyətindən asılı olmayaraq, ölkənin hər bir sakininin mədəniyyətini, ənənəsini və dilini qoruyur.

Müxalifət isə artıq qanun layihəsini tənqid etməyə başlayıb və qanun layihəsinin vətəndaşların demokratik hüquqlarını pozduğunu vurğulayıb. Bundan sonrakı mərhələdə qanun layihəsi qanunverici orqan olan Knessetə təqdim ediləcək.

Qeyd edək ki, hazırda İsraildə ivrit dili ilə bərabər ərəb dili də dövlət dili statusundadır. İsraildə əhalinin 20 faizə yaxını ərəblərdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.