banner
banner

Gündəm

“İlk üçlüyə daxil ola biləcəyik” – Azər Əliyev

“İlk üçlüyə daxil ola biləcəyik” –

"Ağırlıqqaldıranlarımızın IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəklərinə ümidvarıq. Amma bu yarışda ciddi rəqabət olacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan və İran atletləri güclüdürlər. Fikrimcə, biz ilk üçlüyə daxil ola biləcəyik". Cia.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev deyib.

O, bütün idman növləri ilə maraqlandığını söyləyib: "Hər bir idman növünü - futbol, güləş, cüdo, karate, taekvondo və s. sevirəm və yarışları izləməyə gedirəm".

A.Əliyev İslamiadanın ilk yarış günündə 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Kamerunla oyununu izləyib. O, millinin oyununu çox bəyəndiyini bildirib.

MOK rəsmisinin fikrincə, qrupda əsas rəqabət bu iki komanda arasında gedəcək.   

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.