banner
banner

Dünya

Tramp Yəmənə qarşı sanksiyaların müddətini uzadıb

Tramp Yəmənə qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Donald Tramp Yəmən hökumətinin bir sıra üzvlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

APA-nın məlumatına görə, prezidentin imzaladığı fərmanda bildirilir ki, Yəmən hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir.

“Bu hərəkətlər Yəməndə sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır, 2011-ci il, noyabrın 23-də iqtidarla müxalifət arasında əldə edilən sülh sazişinin yerinə yetirilməsinə əngəl törədir. Bu səbəbdən sanksiyaların müddəti daha bir il müddətinə uzadılır”, məlumatda qeyd olunub.

Qeyd edək ki, Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.