banner
banner

İdman

İranda Messinin bir bənzəri var - işinin adı "Messi" olub şəkil çəkdirməkdir

İranda Messinin bir bənzəri var - işinin adı "Messi" olub şəkil çəkdirməkdir

Futbol ulduzu Lionel Messinin inanılmaz bənzəri olan iranlı tələbə bu yaxınlar ictimai asayişi pozduğuna görə az qala həbs ediləcəkdi.

Reza Parateş yaşadığı Həmədan şəhərində futbol fanatları üçün fotosessiya təşkil edib. Nəticədə, şəkil çəkdirmək istəyənlərin sayı o qədər çox olub ki, polis küçəni bağlamaq məcburiyyətində qalıb.

Parateş atasının məsləhətilə Barselonanın 10 nömrəli formasını geyinərək, insanlarla şəkil çəkdirməyə başlayandan sonra sürətlə məşhurlaşmağa başladı. Nəticədə o, televiziya verilişlərinin qonaq kimi dəvət olunur və hətta modellik sahəsində işə də düzəlir.

“İnsanlar məni iranlı Messi kimi tanıyır və məni görən kimi foto çəkdirmək istəyirlər” deyən Parateş əlavə edib ki, ətrafdakılara xoşbəxtlik bəxş etdiyi üçün çox məmnundur.

Parateş peşəkar futbolçu deyil. Amma deyilənə görə o, bəzi futbol fəndləri öyrənir ki, Messiya daha çox bənzəyə bilsin.

Messi ilə bir gün üz-üzə gəlmək istədiyini deyən Parateş zarafatla əlavə edib ki, “dünya tarixinin ən yaxşı futbolçusu olmaq asan deyil və əminəm ki, Messi çox məşğuldur. Mən isə o çox məşğul olan vaxt onun təmsilçisi ola bilər” ("Amerikanın səsi).

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.