ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verib. Ağ Evin mətbuat katibi Şon Spayser "CBS News"un canlı efirində Kominin vəzifəsindən azad edildiyini təsdiqləyib. "Bu gün prezident Donald Tramp FTB-nin direktoru Ceyms Komini onun səlahiyyətlərinə xitam verilməsi barədə məlumatlandırdı və o, vəzifəsindən azad edildi" – deyə
Şon Spayserin açıqlamasında bildirilir. "The Wall Street Journal" nəşrinin xəbərinə görə, Kominin vəzifəsindən azad edilməsi ABŞ-ın baş prokuroru Ceff Seşnsin tövsiyəsi ilə baş verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.