Bu gün “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın oğlunun ad günüdür. Keçmiş ifaçının oğlu İsgəndərin 3 yaşı tamam olur. Uzun müddətdir Türkiyədə yaşayan Safura oğlunun fotosunu paylaşaraq yazıb: “Mənim xoşbəxtliyim, mənim sevincim və varlığım, ad günün mübarək! Sən bizim həyatımızın yaşam mənasısan. Sənin gülüşün, sənin səsin bizim həyatda eşitdiyimiz ən şirin səsdir. Mənim musiqim və nəfəsimsən. Səni sevirik". Qeyd edək ki, S.Əliyevanın həyat yoldaşı energetika naziri Natiq Əliyevin oğludur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.