banner
banner

Dünya

ABŞ bu ölkədəki səfirliyini bağladı

ABŞ bu ölkədəki səfirliyini bağladı

ABŞ Yəməndəki səfirliyini müvəqqəti olaraq bağlayıb. ANS PRESS-in məlumatına görə, Sana səfirliyi ikinci bir xəbərdarlığa kimi təhlükəsizlik məsələləri ilə bağlı işini dayandırıb. 

Açıqlamada qeyd edilir ki, ölkə rəhbəri Abdurabbu Mansur Hadinin, baş nazir Xalid Bahhah və hökumətin istefası ilə bağlı olaraq davam edən gərginlik səbəbilə konsulluq xidmətləri də göstərilmir. Fövqəladə hallarda ABŞ vətəndaşlarına məhdud şəkildə xidmət göstəriləcək. 

ABŞ Dövlət Departamenti ölkədəki mövcud təhlükəsizlik problemləri və terror aktlarının ola biləcəyi ilə bağlı vətəndaşlarına səyahət etməmək haqqında xəbərdarlıq edib. Yəməndəki amerikalılara ölkəni tərk etmək haqqında müraciət edilib. 

Qeyd edək ki, bir necə gün öncə Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi üsyançıların hücumuna məruz qalıb. ANS PRESS-in məlumatına görə, bu barədə Yəmənin informasiya naziri çıxışında bildirib. Onun sözlərinə görə, sarayı hücumla alınıb. Nazir bildirib ki, söhbət dövlət çevrilişinə cəhddən gedir.
Bundan sonra Mansur Hadi və baş nazir Xalid Manfuz Bahhah istefa verərək ölkəni daha dərin böhranla üz-üzə qoyub.

Güc strukturları ilə üsyançılar arasında yanvarın 19-da baş verən silahlı qarşıdurmalarda azı 10 nəfərin öldürüldüyü, 67 nəfərin isə zərər çəkdiyi barədə məlumat yayılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.