Suriyanın Hələb şəhərinə aid Afrin qəsəbəsində PKK-nın bir qanadı olan PYD terror təşkilatı Türkiyə sərhəddinə yaxın nöqtədə Rusiyanın bayrağını sancıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sərhəddən açıq şəkildə görünən Rusiya bayrağı Türkiyədə ciddi narahatlıq yaradıb.
Dərhal Türkiyənin sərhəd qoşunları bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib. Hadisənin Türkiyə və Rusiya arasında yenidən diplomatik gərginliyə yol açacağı gözlənilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.