Fəzail Ağamalının oğlu: “Atam xaricdə istirahət edir”
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının səhhəti pisləşməsinə dair bir neçə gündür ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta, deputat, səhhətinin pisləşməsinə görə xarici ölkələrin birində müalicəsini davam etdirir. Buna görə də telefonlara cavab vermir.
Cia.az saytı məsələni dəqiqləşdirmək üçün Fəzil Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyevlə əlaqə saxlayıb. O, bildirib ki, yazılanların heç bir əhəmiyyəti yoxdur.
“Əminliklə deyirəm ki, Fəzail müəllimin səhhətində heç bir problem yoxdur. Sadəcə, istirahətə gedib. Tam istirahətdə olduğu üçün mətbuatda görünmür. Buna görə yazılanların heç birinin əsası yoxdur. Bu istirahət müəyyən şəxsi işlərlə bağlıdır. Yayda müəyyən işləri nəzərə alaraq istirahətini indi həyata keçirməyə qərar verib. Yay aylarında hansısa xarici ölkəyə gedib dincəlmək üçün istirahət götürməyəcək. Azərbaycanda istirahət deyəndə ancaq yay ayları nəzərdə tutulur. Xaricdə isə belə deyil. Qış yaz, payız aylarında da istirahət etmək mümkündür. Fəzail müəllimin yaz aylarında istirahət etməsində təəccüblü heç nə yoxdur”.
Fəzail Ağamalının oğlu atasının pəhriz saxlaması xəbərinə də aydınlıq gətirib.
“Fəzail müəllim Azərbaycana dönəndə qiyməti o zaman verərsiniz. Onu da deyim ki, arıqlamaq səhhətdə yaranmış hansısa problemlə bağlı olmaya bilər. Çünki müasir zamanda köklükdən fərqli olaraq arıqlıq sağlamlıq əlaməti sayılır. Əgər kimsə getdiyi məkandan arıq formada geri dönürsə, bu, həmin şəxsin daha sağlam həyat tərzi keçirdiyinə bir işarədir. Yeri gəlmişkən, deyim ki, Fəzail müəllim ölkədə olmasa da, həm oğlu, həm də partiya yoldaşı kimi gün ərzində bir neçə dəfə onunla əlaqə saxlayırıq. Ölkədəki və dünyadakı prosesləri yaxından izləyir”.
Atasının hansı ölkədə dincəlməsinə gəlincə, Elçin Ağamalıyev bunun sirr qalmasını tövsiyə edib.
“Fəzail müəllimin hansı ölkədə istirahət etməsini açıqlamaq istəmirəm. Amma istirahətini yaxın ölkələrin birində həyata keçirir”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.