Bu gün Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçiriləcək.
APA-nın verdiyi məlumata görə, inauqurasiya mərasimi ilə əlaqədar Parisdə fövqəladə təhlükəsizlik tədbirləri görülür.
Fransa paytaxtında 1,5 min polis və jandarma səfərbər edilib, hərbçilər patrul xidməti həyata keçirir. Avtomat silahlı polislər avtobuslarla Emmanuel və Bricit cütlüyünün yaşadığı Kler küçəsini bağlayıb. Makron cütlüyü 2016-cı ildən bu küçədəki binada yaşayır. Məhz buradan E. Makron zirehli avtomobillə Yelisey sarayına yollanacaq, yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə saat 12.00) çıxış edəcək. Həyat yoldaşı isə 10 dəqiqə sonra Yelisey sarayına təşrif buyuracaq.
Hazırkı Fransa prezidenti Fransua Olland evli olmadığı üçün E. Makronu tək qarşılayacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.