Ötən gün Türkiyədə “Analar günü” qeyd olunub. Bu münasibətlə bir çox məşhurlar şəxsi İnstaqram səhifələrində həssas paylaşımlar ediblər. Bunlardan biri də müğənni Ebru Gündeşdir. Əri Rza Zərrab həbs edildikdən sonra sosial şəbəkələrdən istifadə etməyən ulduz son zamanlar yenə izləyiciləri ilə bölüşür. 6 il əvvəl dünyaya gətirdiyi qızı Alara ilə əllərini media hesabında yerləşdirən sənətçi yazıb: "Varlığı belə yaşamana səbəb olan, bir toxunuşu, bir öpüşü dünyanın ən böyük hədiyyəsi sayılan, bir baxışı eşq, bir damla gözyaşı ən böyük ağrını hiss etdirən, uğruna hər şeyi, amma hər şeyi gözə ala biləcəyin tək varlıq, övlad. Mənə ana dediyin üçün Rəbbimə minlərlə şükürlər olsun. Bütün anaların və ana namizədlərinin gününü təbrik edirik. Ana olmaq istəyənlərə dualarımızı göndəririk. Yanımızda ola bilməyən mələklərimizi isə rəhmətlə xatırlayırıq"
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.