banner
banner

Şou

Tarkan "Formula 1"dən 1 milyon alacaq? - rəsmi açıqlama

Tarkan "Formula 1"dən 1 milyon alacaq? -

Türkiyə KİV-də meqastar Tarkanın iyunun 23-də Bakıda baş tutacaq “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində verəcəyi konsertdən 1 milyon manat qazanacağı haqda xəbərlər yayılıb.

Cia.az Sputnik.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai bu məlumatın əsassız olduğunu bildirib.
“Bəzi media orqanları istinad olmadan belə məlumat yayıb. Təbii ki, yanlış məlumatdır. Qeyd edim ki, müğənni ilə müqavilənin şərtlərinə görə, nə müğənni, nə də biz həmin məbləği açıqlaya bilmərik. Bircə onu deyə bilərəm ki, 1 milyon manat şişirdilmiş məbləğdir”, - deyə N. Arpadarai söyləyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.