Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib. Cia.az-ın xəbərinə görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” doğma meydanda “Kayzerslautern”lə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. "Aue" qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. 39 xalla 13-cü pillədə qərarlaşan komanda son turda "Fortuna"ya uduzmasa, II Bundesliqada qalacaq
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.