banner
banner

Dünya

110 min dollarlıq telefonunu itirdi

110 min dollarlıq telefonunu itirdi

Çində polislər bir nəfərin itmiş “Vertu” markalı telefonunu tapıb özünə qaytarıb.

Telefonun qiyməti 110 min dollara yaxındır. Telefon Lin soyadlı bir kişi tərəfindən Vençjou şəhərinin aeroportunda unudulub. Aparat qızıldan hazırlanıb və üstündə 800 brilyant olub. Telefon sahibi onun itdiyindən duyuq düşən kimi bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Axtarışlara başlamaq üçün polislər öncə aeroportdakı müşahidə kameralarının qeydiyyatına nəzər salıblar. Ilkin baxış zamanı müəyyən olunub ki, “Vertu”nu naməlum bir qadın götürüb. Qısa müddət sonra qadını Vençjou yaxınlığındakı kəndlərdən birində aşkarlamaq və aparatı ondan alıblar. Telefon sahibinin onu tapan üçün nəzərdə tutduğu 1625 dollar məbləğindəki mükafatdan polislər imtina edib. Buna bənzər hadisə Çində daha öncə də baş verib.

Belə ki, 2014-cü ilin əvvəlində bir çinli taksi sürücüsü sərnişinlərdən birinin maşında unutduğu 27 min dolları ona qaytarmışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.