banner
banner

Sosİal

İsmayıllıda güclü külək: 30-dan çox ağac evlərin üstünə aşıb

İsmayıllıda güclü külək:

İsmayıllıda leysan yağışı ilə müşayiət olunan güclü külək və dolu şəhər təsərrüfatına və kəndlərə ciddi ziyan vurub.

APA-nın xəbərinə görə, bu gün saat 17:00 radələrindən başlayaraq İsmayıllı rayonunda əsən güclü külək getdikcə daha da sürətlənib və dağıntıya səbəb olub. Qasırğa qısa vaxtda İsmayıllı şəhərində 30-dan çox ağac yaşayış binalarının, fərdi evlərin, elekrtik naqillərinin üstünə aşırıb.

Təbii fəlakət zamanı elektrik və rabitə dirəkləri yıxılıb, naqillər qırılıb, əhaliyə verilən elektrik enerjisi kəsilib. Bir saatdan çox əsən güclü küləyin təsiri nəticəsində 20-ə yaxın yaşayış evinin və sahibkarlıq obyektinin dam örtüyü qopub, binaların üstünə yıxılan ağaclar divarlarda iri çatlar əmələ gətirib, mənzillərin içərisi su ilə dolub. Şəhərin bəzi küçələrində yıxılan ağaclar avtomobillərin hərəkətinə mane olub. Küləyin təsiri nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.

Rayonun dağ kəndlərində leysan yağışı, dolu və külək evlərə və yardımçı tikililərə, o cümlədən meyvə-tərəvəz məhsullarına, taxıl sahələrinə də ziyan vurub. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakət nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.