banner
banner

Sosİal

Azərbaycanda baş həkim xərçəngdən vəfat edib

Azərbaycanda baş həkim xərçəngdən vəfat edib

“Sağlam Ailə” Tibb Mərkəzinin baş həkimi, həkim-terapevt Vüqar Abdullayev dünyasını dəyişib. Cia.az “Report”a istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən V.Abdullayev 47 yaşında vəfat edib.

Qeyd edək ki, V.Abdullayev 1969-cu il noyabrın 11-də anadan olub. 1986-1993- cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-2002- ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında fəaliyyət göstərib. 2002-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-terapevt vəzifəsində çalışıb. 2003-2013- cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Terapiya şöbəsinə rəhbərlik edib. Bir sıra yerli və beynəlxalq təlimlərdə, təkmilləşmə kurslarında və təcrübə mübadilələrində iştirak edib.

2013-cü ildən isə “Sağlam Ailə” Tibb Mərkəzində həkim-terapevt, eyni zamanda, baş həkim vəzifəsində çalışıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.