banner
banner

İdman

Qvardiolanın ailəsi ölümdən döndü - terrordan qurtuldular

Qvardiolanın ailəsi ölümdən döndü - terrordan qurtuldular

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın ailəsi ölümdən dönüb. 
Dünən “Mançester Arena”da Ariana Qrandenin konsertindən sonra terror aktı baş verib ki, Qvardiolanın həyat yoldaşı Kristina Serra, qızları Marina və Valentina da konsert iştirakçıları arasında olublar. 
Xoşbəxtlikdən ispan mütəxəssisin ailə üzvləri hadisədən xəsarət almadan qurtulublar. 
Hadisə ilə bağlı tvitterdə Qvardiola bunları yazıb: 
“Şokdayam. Dünən gecə baş verənlərə inana bilmirəm. Dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Mən Mançesteri sevirəm”. 
Qeyd edək ki, “Mançester Arena”nın foyesində baş vermiş terror zamanı 22 nəfər dünyasını dəyişib, 95 nəfər yaralanıb

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.