“Kısmetse olur” verilişində Cansel Çördüklə mesajları ortaya çıxan futbolçu Arda Turanın daha sonra adı Yağmur Ünalla hallanırdı. Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu səbəbdən sevgilisi Aslıhan Doğanla əlaqəsi pozulan Arda yenidən onunla münasibətə başlayıb. Belə ki, ötən həftə sonu getdikləri eyni yerdən ayrı-ayrı fotolar paylaşan cütlük İnstaqram hesablarından da bir-birlərini yenidən izləməyə başlayıb. Bu isə Arda ilə Aslıhanın barışması iddiasına səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.