Kann kinofestivalı bitsə də, lakin orada baş verən hadisələr hələ də müzakirə edilir. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, festival qatılan qonaqlardan biri müğənni Rihanna xarici görünüşü ilə diqqət çəkib. İfaçının çəki alması onun hamilə olması xəbərinin yayılmasına səbəb olub. Belə ki, Rihannanın pərəstişkarları onun fotolarını sosial şəbəkələrdə yayaraq hamilə olduğunu yazıblar. Sənətçi özü bu barədə hələ ki, açıqlama verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.