banner
banner

Dünya

Prezidentlə hökumət arasında qarşıdurma

Prezidentlə hökumət arasında qarşıdurma

Moldova prezidenti ilə hökumət arasında münasibətlər pisləşir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Moldava prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

İ.Dodob bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib: "Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar. Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq".

 

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.