banner
banner

Dünya

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır

Rusiyanın 200 şəhərində etiraz aksiyaları planlaşdırılır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları etiraz aksiyalarına ciddi hazırlaşırlar. Korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq. Etiraz aksiyaları “Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.

Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları “O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.