Hamiləliyinin son günlərini yaşayan Beyons yeni fotolarını paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əri Cey Zi ilə birgə əkiz övladlarını qucağına almağa hazırlaşan müğənni hamilə qadınlar üçün yeni dəb formalaşdırır. 35 yaşlı sənətçi 5 yaşlı qızı Ayvi ilə birgə çimərlik geyimlərini nümayiş etdirib. Mavi rəngli bikinidə kameralar qarşısına keçən sənətçi fotolarını İnstaqram səhifəsində yerləşdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.