ABŞ Senatında bir qrup demokrat İrana qarşı mövqelərini yumşaldaraq bildiriblər ki, bu ölkəyə qarşı tətbiq olunacaq yeni sanksiyaları dəstəkləməyəcəklər.
ANS PRESS-in məlumatına görə, senator Bob Menendez prezidentə yazdığı məktubda bildirir ki, o respublikaçı həmkarı Mark Kirklə birlikdə yazdığı qanun layihəsindən geri çəkilir.
Bu qanun layihəsi Tehran üzərinə daha sərt sanksiyaların qoyulmasına imkan verməli idi .
Menendez bildirib ki, o və partiyadaşları ən azı martın 24-dək İrana qarşı heç bir sanksiyanı dəstəkləməyəcəklər.
Administrasiya məhz həmin vaxtadək rəsmi Tehranın ziddiyyətli nüvə proqramına dair razılaşmanın əldə olunacağına ümid bəsləyir.
Bununla belə, Menendez və daha 10 demokrat martın 24-dən sonra eyni mövqedə qalacaqlarına təminat vermirlər. ABŞ mətbuatı bildirir ki, demokratların geri çəkilməsi layihənin Senatdan keçməsini əngəlləyə bilər.
Media həmçinin qeyd edir ki, bu mövqeyi daha çox demokrat dəstəkləyərsə, layihə ümimiyyətlə iflasa uğraya bilər. Belə ki onun prezidentin vetosunu aşması üçün səslərin üçdə ikisi lazımdır.
Qeyd edək ki, hazırda prezident Barak Obama da bu mövqeyi dəstəkləyir
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.