banner
banner

Gündəm

Atçılıqla bağlı cəzalar sərtləşdirilir

Atçılıqla bağlı cəzalar sərtləşdirilir

Azərbaycanda atçılıqla bağlı cəza konkretləşdirilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Atçılıq haqqında” qanununa dəyişiklik təklif edilib.

 

Dəyişikliyə əsasən, atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyə uyğun olaraq atçılıqla məşğul olan subyektlərdən müvafiq məlumatlar almaq, yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara icrası məcburi olan göstərişlər vermək və həmin göstərişləri yerinə yetirməyən subyektləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək, habelə müvafiq atçılıq subyektlərinin fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət etmək və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərə malikdir.

 

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 284-cü (atçılıq haqqında qanunvericiliyin pozulması) maddəsində məsuliyyət müəyyənləşdirilib.

 

Buna əsasən, müvafiq icra hakimiyyəti orqanının atçılıq sahəsində göstərişlərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 20 manatdan, 30 manatadək məbləğdə, vəzifəli şəxslər 50 manatdan 70 manatadək məbləğdə cərimə edilir.

Damazlıq atlara pasportların (şəhadətnamələrin) verilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 80 manatdan 100 manatadək məbləğdə cərimə olunur.

 

Milli at cinslərinin və beynəlxalq genofonda daxil olan at cinslərinin damazlıq özəklərinin məhv edilməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

 

İndiyədək isə, bu qanunda İnzibati Xətalar Məcəlləsinə istinad olunmurdu.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.