Aktrisa Eva Mendes və aktyor Rayan Qoslinqin ayrılma səbəbi bəlli olub. Ayrılığı aktyor istəyib. Ailəyə yaxın mənbə bildirib ki, buna səbəb Evanın Rayanı “La la Land” filmində çəkilən Emma Stouna qısqanması, hər gün buna görə onunla mübahisə etməsidir. Bundan başqa, Mendesin son vaxtlar özünə qapalı olması və evdən bayıra çıxmaq istəməməsi də Rayanın xoşuna gəlməyib. Aktrisanın hətta “Oskar” mükafatlandırma mərasimində də Qoslinqi tək qoyması buna bir daha sübutdur. Aktyor gecəyə bacısı ilə qatılmışdı.
Qeyd edək ki, 2011-ci ildən sevgili olan cütlüyün 2 qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.