banner
banner

Sosİal

Su təchizatı ilə bağlı müraciət elektronlaşdırıldı

Su təchizatı ilə bağlı müraciət elektronlaşdırıldı

“Azərsu” ASC-nin “Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” elektron xidməti “Elektron hökumət” portalına (e-gov.az) əlavə olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, sözügedən xidməti www.e-gov.az üzərindən “Bütün xidmətlər” bölməsindən “Azərsu” ASC-nin xidmət qrupu arasından, həmçinin “Axtarış” xanasına e-xidmətin adını yazmaqla tapa bilərsiniz.

Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa “Davam et” düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.

Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən sözügedən məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda “Müraciətiniz qeydiyyata alindi. xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən su-kanal idarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.

“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı 449 oldu.

Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün www.e-gov.az, “Elektron hökumət” portalına müvafiq autentifikasiya vasitələri (“Elektron imza” kartı, “Asan imza”, e-gov identiti və istifadəçi adı/şifrə) ilə giriş edilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.