banner
banner

Şou

Pərvin üzr istədi: “Mən həyasız, ləçər biri deyiləm"

Pərvin üzr istədi:

Aktrisa Pərvin Abıyeva “Maşın şou”da müğənni Səidə Sultanla dava etdiyi üçün tamaşaçılardan üzr istəyib.

Musavat.com xəbər verir ki, aktrisa sosial şəbəkədə canlı efirdə yaşananlara belə aydınlıq gətirib:
“Bu gün yaşananlara görə hər kəsdən üzr istəyirəm. Mən orada göründüyü kimi həyasız, ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Əsəb xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan əvvəl psixoloqla danışıb, sakitləşib gəldim. Proqramın qaydaları var. Bura müqavilə imzalayıb gəlmişəm. Burada şəxsiyyətə və ailəyə toxunmaq olmaz. Murad bəy mənə mikrofon uzatdığı zaman Səidə mənim doğma qardaşıma dil uzatdı, mən də özümdən çıxdım və o həddə çatdım. Heç kim canlı efirdə başqasının ailəsinə dil uzada bilməz. Orada nə mən, nə də qarşı tərəf söyüş işlətmədik. Murad Dadaşovun ağzımı tutmasının səbəbi məni sakitləşdirmək idi. İstəmirdi ki, söhbət uzansın. Məni o vəziyyətdə gördüyünüz üçün üzr istəyirəm. Sabah efirdə də hər birinizdən canlı üzr istəyəcəm”.

Qeyd edək ki, ötən gün yayımlanan buraxılışda Cavad Rəcəbov səsvermədə qalib gələrsə, rejissor Kənan M.M-i oyundan çıxaracağını bildirib.
P.Abıyeva isə Kənanı qorumaq üçün sevənlərindən C.Rəcəbovun əleyhinə səs istəyib. Onun “Qardaşım üçün səs istəyirəm” sözləri S. Sultanı özündən çıxarıb. İki məşhur xanım bir-birinin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün onların mikrofonu söndürülüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.