ABŞ Dövlət katibi Reks Tillerson Fars körfəzi ölkələrini birliyə çağırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə 4 ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri dondurmasından sonra danışıb.
“Biz istəyirik ki, həmin ölkələr məsələni birgə müzakirə edərək həll etsinlər”.
Dövlət katibi ölkəsinin bu münaqişənin həllində rol oynayacağını desə də, ziddiyətlərin Körfəz ölkələrinin əməkdaşlığına zərər verməməli olduğunu deyib.
Körfəz ölkələrinin Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanından ibarət birliyi NATO ilə uzun illərdir ki, əməkdaşlıq edir.
Bu gün səhər Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri Bəhreynlə diplomatik münasibətləri dayandırdığını elan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.