“Kim milyoner olmak ister” verilişini aktyor Murad Yıldırıma təslim edən Səlcuq Yöntem yeni bir yarışma layihəsi ilə ekranlara qayıdır.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da iki tanınmış aktyor televiziyada bir-biri ilə rəqib olacaq. S.Yöntem Fox TV-də “Milyonluq rəsm” adlı yeni veriliş hazırlayır. Formata əsasən, ekrana bir rəsm əsəri gələcək.
İştirakçı həmin şəkillə bağlı suala doğru cavab verərsə, pul ağacında növbəti pilləyə addım atacaq və 12 suala cavab verərsə, 1 milyonluq mükafatın sahibi olacaq.
Qeyd edək ki, “Kim milyoner olmak ister” ATV-də yayımlanır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.