Bakırköy həbsxanasında cəza çəkən müğənni Deniz Seki azadlığa çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ilk təəssüratları ilə bölüşüb: “Mən sizlər üçün çox darıxmışdım. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən məni gözləyirsiniz, çox təşəkkür edirəm. Ayaqlarınız yorulmasın”.
İfaçı onu da əlavə edib ki, 2 gün sonra media nümayəndələri ilə görüş keçirəcək.
Daha sonra sənətçiyə ağ göyərçinlər verilib. O, göz yaşları içərisində göyərçiləri uçurub.
Qeyd edək ki, D.Seki Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək tutulub. O, məlum cinayəti törətdiyinə görə axtarışa verildikdən sonra polislərdən xeyli müddət gizlənmişdi
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.