FETÖ ilə əlaqəsi olduğu üçün bağlanan Samanyolu televiziyasında yayımlanmış "Küçük gelin" serialının oğurluq olduğu ortaya çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məklumatına görə, məhkəmədə serialın yazar Dursaliye Şahana aid olan layihədən oğurlandığı bildirilib. Yazar hakim qarşısında 2005-cı ildə ssenarist Erkan Çıplakın ondan ssenarini oxumaq üçün aldığını, ancaq telekanala öz əsəri kimi verdiyini iddia edib.
Qərar nəticəsində serialın ssenari müəllifi E.Çıplak D.Şahana maddi və mənəvi təzminat ödəyəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.