banner
banner

İdman

"Qarabağ"ı "yıxan" hakim Türkiyənin oyununda

"Qarabağ"ı "yıxan" hakim Türkiyənin oyununda

2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan hakim Miroslav Zelinka yenidən beynəlxalq oyuna təyinat alıb.
Çexiyalı referi DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Kosovo – Türkiyə matçını idarə edəcək.
Onun köməkçilərindən biri elə "Qarabağ"ın qolunun sayılmamasında xüsusi rolu olmuş yan xətt hakimi Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Yan Patak olacaq.
Kosova - Türkiyə görüşü iyunun 11-də keçiriləcək.

Xatırladaq ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.