Kanada sakini Sent Ketrins 30 il öncə unutduğu adını, eləcə də doğulduğu zamanı və məkanı xatırlayıb.
30 il bundan öncə amneziyaya uğrayan 51 yaşlı Sent sosial işçinin yanına gələrək adının Edqar Latyulip olduğunu və Ontarionun Kitçener şəhərində doğulub. Kanadalının sözlərinə görə, 1986-cı ildə, onun 21 yaşı olanda, əqli cəhətdən problemlər yaşayıb. Öz doğma şəhərindən Niaqara şəlaləsinə gedən yolda Latyulip başından ciddi zərbə alıb və beləcə kim olduğunu, harada yaşadığını unudub. Bütün bu illər ərzində onun adı itkin düşənlərin siyahısında olub. Hətta anası əlil olan oğlunun oğurlandığı qənaətinə gəlib. 30 il boyunca Latyulip Sent-Ketrinsdə , doğma şəhərindən saat yarımlıq məsafədə yaşayıb. Edqarın ailəsinə xəbər verilib ki, o, sağdır. Doğmalarını təsdiqlətməsi üçün ona DNK testi də edilib. Kişinin anası danışıb ki, oğlunun itdiyi ilk iki il özündə olmayıb.Bu hekayəni araşdıran detektiv Duyen Qinqeriç isə deyib ki, bu, onun təcrübəsində ilk belə hadisədir.
Onun sözlərinə görə, itkin düşdüyü zənn edilən şəxsin amneziya qurbanı olaraq başqa bir şəhərdə yaşaması faktına bu günə qədər rast gəlinməyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.