Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi olan ananın ömrü digər anaların ömründən daha çoxdur. Avstraliyada aparılan araşdırmaya görə, 6 və ya da daha çox sayda uşağı olan qadınlar yüzdə 40% daha az ölüm riski daşıyır. Araşdırmanın rəhbəri olan Yeni Cənubi Uels Universiteti professoru Leon Simons bildirib ki, “qadınları 6-dan çox uşaq sahibi olun deyə təşviq etməsək də, görünən budur ki, çoxuşaqlı analar ən azı bir uşağı olan həmcinslərindən daha çox yaşayır”.
ABŞ mətbuatında yer alan araşdırma isə 1988-ci ildən etibarən, 60 yaşdan böyük olan 1500 qadın və 1200 kişini əhatə edib. Gəlinən nəticəyə görə, uşağı olmayan qadınlara nisbətlə iki uşağı olan qadınlar yüzdə 17, üç uşağı olan qadınlar yüzdə 20 daha az ölüm riski daşıyır. Uşaq sayı artdıqca anaların ölüm riski azalmağa davam edir. Bu vəziyyətin səbəbinin hələ tam olaraq açıqlanmadığını bildirən Simons, eyni tapıntılara başqa ölkələrdə də rast gəlindiyini bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.