banner
banner

Sosİal

Bakıda sürət həddi aşağı salındı

Bakıda sürət həddi aşağı salındı

Hava şəraiti ilə əlaqədar yollarda sürət həddi aşağı salınıb.

Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin Cia.az-a verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib:

“Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdi.

Həmçinin bildiririk ki, R.Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”.

BNA bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələrini xahiş edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.