Müğənni Beyons xəstəxanaya yerləşdirilib. Əkiz anası olmağa hazılraşan 35 yaşlı ifaçı artıq doğum evinə aparılıb. Reper Cey Zi ilə ailəli olan Beyons və onun komandası üçün xəstəxananın bir mərtəbəsi tammailə boşaldılıb. Digər hamilə qadınlar başqa korpusa köçürülüb. Bundan başqa, Los-Ancelesdə yerləşən xəstəxananın mühafizə sistemi gücləndirilib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.