"Azərpoçt" MMC "Poçtap" xidməti çərçivəsində itirilmiş sənədlərin operativ çatdırılmasını təmin edib.
Bunu Trend-ə "Azərpoçt"un mətbuat xidmətindəki mənbə deyib. Mənbənin sözlərinə görə, itirilmiş sənədlərin çatdırılması "Azerexpresspost" ekspress xidməti ilə həyata keçirilir. Xidmət çatdırılmanı bütün ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasına qısa zaman ərzində həyata keçirir.
"Poçtap" layihəsi memoranduma əsasən, Bakı şəhər Baş Polis İdarəsi, "Bakımetropoliten" QSC, "Təmiz Şəhər" ASC və "BakuBus" MMC ilə birgə həyata keçirilir.
Mənbə bildirib: ""Poçtap" servisi bu ilin fevralında işə başlayıb və bu günədək sistemdə 350 itirilmiş sənəd qeydə alınıb. Onlardan 92-i sahiblərinə qaytarılıb. İtirilmiş sənədlər arasında böyük əksəriyyəri şəxsiyyət vəsiqələri təşkil edir".
İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.
Mənbənin sözlərinə görə, bu günədək 203 sənəd strukturlara təhvil verilib: "Hazırda "Azərpoçt"un şöbə və filiallarında 55 itirilmiş sənəd var".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.