“Müqaviləmin sonuna qədər burada qalacağam” - Aquero
Serxio Aquero “Mançester Siti”dən ayrılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı forvard hazırda klubunu dəyişmək barədə düşünmədiyini bildirib:
“Mançester Siti” ilə hələ 2 illik müqaviləm var. Bu klubda olmaqdan məmnunam. Ona görə də müqaviləmin sonuna qədər “Mançester Siti”də qalacağam. Hazırda bütün fikrimi işimə yönəltmişəm”.
Qeyd edək ki, son mövsüm Aquero bütün turnirlər nəzərə alınmaqla 45 oyunda 33 qol vurub
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.