Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Cia.az xəbər verir ki, UNEC kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Həmçinin "Aprel şəhidlərinə xatirə" abidəsi ziyarət edilib.
Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərlərilə görüşən UNEC kollektivi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə universitet rektoru, professor Ədalət Muradovun əsgər və zabitlərə təbriklərini çatdıraraq, şərəfli xidmətlərində onlara uğurlar arzulayblar. Bildirilib ki, şanlı ordumuz qələbələrilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.
Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Səfər Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin dəstəyilə təşkil olunub. Səfərdə həmçinin "XXI əsrin qadınları" İçtimai Birliyinin sədri Mahirə Əmirhüseynova və əməkdar jurnalist Flora Xəlilzadə də iştirak edib.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.