Aparıcılar Zəhra Rüstəm və Cavid Osmanov boşanıblar. Axşam.az xəbər verir ki, bu barədə C.Osmanov sosial şəbəkədə məlumat verib. Qeyd edək ki, cütlük 2011-ci ildə ailə qurub. Onların bu nikahdan Adelya adlı bir qızları var. Xatırladaq ki, Z.Rüstəm ANS TV-də "Ağıl dəryası", daha sonra Space TV-də “Sənətsevər” verilişinin aparıcısı olub. C.Osmanov da ANS TV və ARAZ 103.3 FM-də aparıcı işləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.