banner
banner

Dünya

Abdullah Güldən rekord - 55 cangüdən, 18 avtomobil

Abdullah Güldən rekord

Türkiyənin eks prezidenti Abdullah Gül 55 cangüdəni və 45 personalı xidmətə götürüb.

CİA.Az-ın Anspress-ə istinadən məlumatına görə, bundan əlavə Gülün 18 avtomobilinin də olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə keçmiş prezidentlərin qanuni olaraq Çankaya Köşkündən (prezident iqamətgahı) ayrılarkən personal və avtomobil almaq hüququ var.

Lakin özündən əvvəlki Türkiyə prezidentlərinə baxsaq, bu mənada Gülün bir rekorda imza atdığı göz önündədir. Məsələn, Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezərin iqamətgahına aid 2 avtomobili və 16 personalı olduğu məlumdur. 7-ci prezident Kənan Evrən isə 5 maşın və 9 xidmət personalı ilə kifayətlənib. Prezident Süleyman Dəmirəl isə təqaüdçü olarkən 6 işçi personal xidmətə götürmüşdü.

Prezident qaynaqlarından Gül cütlüyünün hələ də Tarabyadaki Prezident iqamətgahında qaldığı və lazım gələrsə, personal sayının daha sonra azaldılıb əvəz edilə biləcəyini bildiriblər.

Qeyd edək ki, Gülün yanına götürdüyü işçilərin maaşları da dövlət tərəfindən ödənəcək.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.