banner
banner

Gündəm

Azərbaycanda bayram günlərində qorxunc statistika: 14 ölü, 79 yaralı

Azərbaycanda bayram günlərində qorxunc statistika:

Ardıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib. İyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.

Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:

24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı

25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı

26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı

27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı

28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı. 

Ümumilikdə geridə qalan istirahəıt günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.