banner
banner

Şou

Sabah "İlin toyu" olacaq - fotolar

Sabah "İlin toyu" olacaq -

Sabah “Barselona”nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toy mərasimi olacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasim Leonun anadan olduğu Rosario şəhərində baş tutacaq.
 
İspaniya mediası “İlin toyu” adlandırdığı məclisə qonaqların 260 şəxsi təyyarə ilə gedəcəyini qeyd edib. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta, Ezekyel Lavezzi, Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların var.

Toya Messinin dostu Pikenin getməyəcəyi bildirilir. İddialara görə, Şakirə sevgilisinə məclisə getməyə qadaöa qoyub. Buna səbəb isə Pikenin illər öncə Antonellanın yaxın rəfiqəsi Nuria Tomasla sevgili olmasıdır. 
 
Qeyd edək ki, 300 təhlükəsizlik əməkdaşı sabah şəhərin mərkəzində iş başında olacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün bir neçə günlük xüsusi müqavilələr imzalanıb.
 
Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.

Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.
 
Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.

 

 

 

 

 

 cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.