Məşhur simalar hər zaman efirdə mahnı oxuyub, oynayan yerdə görünür. Amma tamaşaçılar bəzi hallarda onların kövrəlib, ağladığının da şahidi olur.

Axşam.az Türkiyə mətbuatına istinadən canlı efirdə ağlayan tanınmışların siyahısını təqdim edir:

Aparıcı Özlem Yıldız qonaq olduğu verilişlərdən birində əri Sinan Serterdən boşanma səbəbindən danışarkən ağlamışdı.



Müğənni Demet Akalın Deniz Sekinin həbsxanadan göndərdiyi məktubu canlı yayında oxuyarkən gözyaşlarna boğulmuşdu.



Müğənni İşın Karaca canlı yayında atası ilə bağlı heç yerdə danışmadığı anlardan bəhs edərkən ağlamışdı.



Model Çağla Şikel və Emre Altuğ 7 illik evliliklərini bir anda bitirmişdi. O dövr çətin anlar yaşayan Çağla aparıcılıq etdiyi proqramda gözyaşlarına hakim ola bilməmiş və studiyanı tərk etmişdi.



Həyat yoldaşı Rza Zarrabın rüşvət ittihamı ilə həbs olunmasından sonra ilk dəfə jüri kimi iştirak etdiyi verilişdə danışan müğənni Ebru Gündeş“İnanıram ki, pis günlər yaxın vaxtda bitəcək” deyərək göz yaşlarını saxlaya bilməmişdi.



Aparıcı Esra Erol hamilə olduğunu canlı yayında deyərək sevincdən göz yaşı axıtmışdı.