Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb ifaçının səs tellərinin zədələnməsidir.
Bu barədə “Twitter” hesabında yazan Adel izləyicilərdən üzür istəyib:
“Bu həftə Uemblidə verdiyim konsertlər həyatımın ən yaxşı və ən böyük konserleri oldu. Bu dəfə hər zamankındən daha çox işlədim və buna görə səs tellərimi zədələdim. Səhəri gün danışa bilmirdim. Həkimə getdim. O da mənə bir müddət oxumamağına tapşırdı. Odur ki, 2 gün olacaq konsertlərim müvəqqəti təxirə düşür. Hamınızdan üzür istəyirəm. Tezliklə görüşərik. Əgər görüşümüz alınmasa, xərclədiyiniz bütün pullarınız geri qaytarılacaq”.
Qeyd edək ki, bu ilin yanvarından bu günə kimi Adel 100d-ən çox konsert verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.