banner
banner

Şou

"Lazım olan pulu o ödəyir"

"Lazım olan pulu o ödəyir"

Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə yeni klip çəkdirir. 

Axşam.az-ın məlumatına görə, “Yenə yenə” adlanan mahnının ekran işi rejissor Anar Hüseynova həvalə edilib. 

İlqarə "Onlar"a açıqlamasında klipinin prodüserinin anası olduğunu deyib: 

“Klipdə əməyi keçən hər kəs yaxınlarımdır. Klipin prodüseri anamdır. Lazım olan pulu da o ödəyir. Oxumağa ara vermişdim. İstəyirdim bir az da üzərimdə çalışım. Çünki hazır deyildim. Özümdən hər zaman tam razı olmuram. İnsan daim üzərində çalışmalıdır. Bu, şou-biznesdəki digər sənətçilərin kliplərindən fərqlənəcək. Mən daha çox avropasayağı işlərə üstünlük verirəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.