banner
banner

Şou

Rihanna ən böyük arzusundan danışdı

Rihanna ən böyük arzusundan danışdı

Barbadoslu müğənni Rihanna verdiyi müsahibədə ən böyük arzusundan danışıb.
“Qremmi”, “Brit”, “İlin ən seksual xanımı” kimi mükafatları alan 29 yaşlı ifaçı indi də “Oskar”ı xəyal edir. 
“Valerian və min planetin şəhəri” (“Valerian and the City of a Thousand Planets”) adlı filmdə aktrisa kimi iştirak edən Rihanna bildirib:
“Nə vaxtsa “Oskar” almaq arzusundayam. Kim istəməz ki, onun əziyyətini qiymətləndirsinlər. Mən dayanmadan çalışıram. Odur ki, əziyyətimin bəhrəsini görsəm, bu, əla olar”.
Qeyd edək ki, sənətçinin çəkildiyi film bu ay təqdim olunmalıdır. 
Xatırladaq ki, son günlər Rihannanın adı  ərəb milyarderin oğlu Həsən Cəmillə hallandırılır. Cütlük öpüşərkən paparazzilərə tuş gəlib. Cəmil "Toyota" şirkətinin Səudiyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.