banner
banner

Sosİal

İcra başçısının sürücüsü avtoşluq etdi - VİDEO

İcra başçısının sürücüsü avtoşluq etdi

Binəqədi Rayon İcra başçısının xidməti avtomobili bu dəfə də yol-hərəkət qaydalarını kobudcasına pozub.

 

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə 10 AA 812 dövlət nömrə nişanlı, “Hunday Equs” markalı avtomobilin yolun əksinə çıxaraq hərəkət etdiyi əks olunan video yayılıb. Görüntülərdə həmin avtomobilin qəza şəraiti yaratdığı, önündə sayrışan işıqların qaydalara zidd olduğu əks olunub.

 

Avtosfer.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, həmin avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti avtomobilidir.

 

İcra başçısının avtomobilini idarə edən sürücünün belə kobud şəkildə qaydanı pozması birmənalı qarşılanmayıb. Vəzifə sahibi olan şəxsin sürücüsünün avromobili bu cür idarə etməsi və qəza şəraiti yaratması hər şeydən öncə başçının, həmçinin digər sürücülərin həyatını təhlükəyə atmaqla bərabər, ölkə rəhbərliyinin tapşırıqlarına əməl edilmədiyi təsəvvürü yaradır.

 

O ki qaldı sayrışan işıqlara, yəni sirenaya, qanuna görə, bu işıqlardan yalnız xüsusi təyinatlı və operativ nəqliyyat vasitələrində istifadə edilə bilər. Lakin birmənalı şəkildə demək olar ki, icra başçılarının xidməti maşınları nə xüsusi təyinatlı, nə də operativ nəqliyyat vasitəsidir. Adından da göründüyü kimi o, sadəcə, xidməti avtomobildir.

 

Aparılan araşdırmalarımızdan o da məlum oldu ki, hazırda Xaləddin İsgəndərovun xidməti avtomobilinin Dövlət Yol Polisinin elektron sistemində 6 MMX radarı var. Bundan əlavə, müxtəlif qayda pozuntularını əks etdirən 30-a yaxın kamera görüntüləri də qeydə alınıb. Deməli, sürücü xidməti avtomobildə qayda pozuntusunu qəsdən törədir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.